Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək


Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin İsrailə hücumu səbəbindən İrana qarşı mövcud sanksiyalara yeni sanksiyaların əlavə edilməsi üçün işə başlayacağını açıqlayıb.



Aİ ölkələrinin xarici işlər nazirləri İranın İsrailə endirdiyi hava zərbələri ilə bağlı fövqəladə onlayn iclasda bir araya gəlib.

İki saatlıq görüşdən sonra açıqlama verən Borrell, "İsrarla bildirirəm ki, İranın bu günki hücumlarına qarşı İsrailin yanındayıq" deyib.

Borrell bildirib ki, bəzi üzv ölkələr Tehrana qarşı sanksiyaların genişləndirilməsini istəyirlər və İttifaqın diplomatik xidməti bu təklif üzərində işə başlayacaq.

Josep Borrell bəyan edib ki, təklif İranın pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünün qarşısını almaq məqsədi daşıyan sanksiyaları genişləndirəcək.

Qəzzadakı vəziyyətin unudulmaması lazım olduğunu vurğulayan Borrell dərhal və davamlı atəşkəsin təmin edilməsi, məhbusların azad edilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması üçün səylərin göstərilməli olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu