Borrell İsrailə səfər edəcək


Avropa diplomatiyasının rəhbəri Josep Borrell noyabrın 16-da İsrailə həmrəylik səfəri edəcək.



Bu barədə Yedioth Ahronoth xəbər verib.

Borrell dövlət başçısı İsaak Hersoq və xarici işlər naziri Eli Koenlə görüşmək niyyətindədir. Bundan başqa Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbərinin Qəzza zolağına səfəri, orada girovların ailələri ilə görüşəcəyi gözlənilir.

Borrell daha əvvəl demişdi ki, o, İsrailin fələstinlilərə qarşı hücumlarını qətiyyətlə pisləyir. O, bu cür münaqişələrin təkrarlanmaması üçün vəziyyətin sülh yolu ilə həllinə təcili nail olunmasının vacibliyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu