Qəzzada xəstəxanaya hücumun səbəbkarları cavab verməlidir - Josep Borrell


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Qəzzada xəstəxanaya hücumun səbəbkarlarının cavab verməli olduqlarını bildirib.



Borrell Qəzzada xəstəxanaya edilən hücumla bağlı açıqlama verib.

"Qəzzada Əl-Əhli Baptist Xəstəxanasından gələn xəbər günlərdir gözümüzün önündə cərəyan edən faciəyə qorxu əlavə etdi. Yenə də ən yüksək qiyməti günahsız dinc sakinlər ödədi. Bu cinayətə görə məsuliyyət daşıyan şəxs üzə çıxarılmalıdır. Hadisəni törədənlər cavab verməlidir".

Aİ Şurasının sədri Çarlz Mişel hücumla bağlı "Mülki infrastruktura hücum beynəlxalq hüquqa uyğun deyil" desə də, AB Komissiyasının sədri Ursula von der Leyen şərh verməkdən çəkinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu