Avropa İttifaqından Qəzza diplomatiyası


Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell İsrail və Fələstindəki vəziyyətlə bağlı telefon danışıqları aparıb.



Borrell Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, Misirin xarici işlər naziri Samih Şükri, İordaniyanın xarici işlər naziri Ayman əl-Safedi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha ilə görüşüb.

Aİ Komissiyasından verilən açıqlamaya görə, Borrell Qəzzaya humanitar yardımın çatdırılması üçün qarşıdurmaların təcili dayandırılmasının vacibliyini və münaqişənin bölgəyə yayılma təhlükəsini vurğulayıb.

Mülkilərin beynəlxalq humanitar hüquqa uyğun olaraq müdafiə edilməli olduğunu vurğulayan Borrell, HƏMAS-ı heç bir ilkin şərt olmadan girovları dərhal azad etməyə çağırdıqlarını xatırladıb.

Görüşlərdə İordan çayının qərb sahilindəki vəziyyətin də müzakirə edildiyi bildirilib. Borrell yəhudi mühacirlərin fələstinlilərə qarşı hücumlarından Aİ-nin narahatlığını dilə gətirib və bu hücumları şiddətlə qınadıqlarını qeyd edib.

Yaxın Şərq sülh prosesinin iki dövlət həlli əsasında canlandırılmasının vacibliyinə toxunan Borrell bu məsələni Misir, İordaniya və Səudiyyə Ərəbistanından olan həmsöhbətləri ilə də müzakirə edib.

İƏT baş katibi ilə görüşündə Borrell qütbləşmənin qarşısı alınmalı və dini tolerantlığın yayılması lazım olduğunu, Quranın yandırılması kimi yəhudi obyektlərinə edilən hücumları pislədiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu