Avropa İttifaqı xarici işlər nazirləri Yaxın Şərq gündəliyi ilə bağlı növbədənkənar iclas keçirəcək
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İranın İsrailə hücumundan sonra baş verənləri müzakirə etmək üçün aprelin 16-da fövqəladə iclasda bir araya gələcək.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell X hesabında verdiyi açıqlamada Aİ xarici işlər nazirlərini aprelin 16-da videokonfrans vasitəsilə görüşməyə çağırdığını açıqlayıb.
"Məqsədimiz gərginliyin azaldılmasına və regionun təhlükəsizliyinə töhfə verməkdir", - deyə Borrell bildirib.
Aİ İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib və bunu regional təhlükəsizliyə ciddi təhdid adlandırıb.