Yunanıstanda müxalif partiya Fələstinin tanınmasını tələb edib


Yunanıstan parlamentində təmsil olunan Yeni Sol Partiyası hökumətdən İspaniya, İrlandiya və Norveç kimi Fələstin dövlətini tanımağa qərar verməsini tələb edib.


Müxalifətdəki Yeni Sol Partiyasının bəyanatında İspaniya, İrlandiya və Norveçin Fələstin dövlətini tanımağa qərar verdiyi, digər Avropa Birliyi (AB) ölkələrinin də yaxın gələcəkdə oxşar qərarlar verə biləcəyi qeyd edilib.

"Yunanıstan hökuməti dərhal tarixin doğru tərəfində olmalı və parlamentin 2015-ci ildə verdiyi səsverməyə uyğun olaraq 1967-ci il sərhədlərində Fələstin dövlətini tanımalıdır" - deyə partiyanın bəyanatında bildirilir.

2015-ci il dekabrın 22-də Yunanıstan parlamenti o vaxtkı sədr Nikos Vuçisin Fələstinin dövlət kimi tanınması lehinə verdiyi tövsiyəni yekdilliklə qəbul edib.

Yeni Sol Partiyasının 300 yerlik Yunanıstan parlamentində 11 deputatı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu