Rusiya: Ukrayna Zaporojye AES-in ərazisinə kamikadze PUA ilə hücum edib


Zaporojye Atom Elektrik Stansiyası Ukrayna ordusuna aid kamikadze pilotsuz uçan aparatın zavodun ərazisinə hücum etdiyini və hücum nəticəsində kritik zərərin baş vermədiyini açıqlayıb.



Zaporojye Atom Elektrik Stansiyasının sosial media hesabından verilən açıqlamada Ukrayna ordusunun son günlərdə stansiya ərazisi və yaxınlıqdakı Enerqodar şəhərinə hücumlar təşkil etdiyi bildirilib.

Açıqlamada stansiya ərazisində nəqliyyat bölməsinə hücum edən kamikadze pilotsuz uçan aparatın təsbit edildiyi ifadə edilərək, “Hücum nəticəsində ölən və ya yaralanan olmayıb, infrastruktura ciddi ziyan dəyməyib. Son iki gündə bir çox pilotsuz uçuş aparatı Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığndakı Enerqodar şəhərinin yaşayış və sosial obyektlərini vurub" qeyd edilib.

Açıqlamada mülki şəxslərə və Zaporojya Atom Elektrik Stansiyasına qarşı hücumların qəbuledilməz olduğu və hücumların terror aktı kimi qiymətləndirildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu