Helsinki Universiteti İsrail universitetləri ilə bəzi müqavilələri dayandırıb


Finlandiyanın Helsinki Universiteti mülki itkilər və Qəzzada humanitar vəziyyətin pisləşməsi səbəbindən İsrail universitetləri ilə tələbə mübadiləsi müqavilələrini dayandırıb.


Universitetin qərarı İsrail universitetləri ilə əməkdaşlığa son qoyulmasına qarşı bir aydan çox davam edən tələbə etirazlarından sonra qəbul edilib.

Universitetdən verilən açıqlamada tələbə mübadiləsi müqavilələrinin mülki itkilərin çoxluğu və Qəzzada humanitar vəziyyətin pisləşməsi səbəbindən dayandırıldığı qeyd edilib.

Açıqlamada İsrail universitetləri ilə tədqiqat işbirliklərinin davam edəcəyi bildirilib.

Bundan əlavə, bəyanatda universitetin Qəzzada ali təhsil müəssisələrinin və tədqiqat mərkəzlərinin yenidən qurulmasına kömək etməkdə qərarlı olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu