"Boeing"in "Starliner" servisinin astronavtlarla ilk uçuş cəhdi yenə təxirə salınıb


"Boeing"in Beynəlxalq Kosmik Stansiyaya (ISS) "Starliner" servisi ilə planlaşdırdığı ilk astronavt uçuş cəhdi, əvvəllər aşkar edilmiş helium sızması ilə bağlı davam edən araşdırmalar səbəbiylə naməlum bir tarixə təxirə salınıb.


ABŞ-da yerləşən aviasiya şirkəti tərəfindən Beynəlxalq Kosmik Stansiyaya (BKS) və Yerin aşağı orbitindəki digər nöqtələrə insanları aparıb-gətirmək üçün nəzərdə tutulan "Starliner" şatlında astronavtla ilk uçuş cəhdi bununla bir bir neçə dəfə təxirə salınmış oldu.

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) verilən açıqlamada, daha əvvəl təsbit edilən helium sızması ilə bağlı araşdırmaların davam etdiyi, mütəxəssislərin 2 gün ərzində kosmik gəminin sistem performansını və təhlükəsizlik tədbirlərini qiymətləndirdiyi vurğulanıb.

"Bu ərazilərdə hələ də davam edən araşdırmalar var. Növbəti mümkün buraxılış tarixi hələ qiymətləndirilməkdədir. İrəliyə doğru daha aydın bir yol müəyyən edildikdən sonra NASA daha çox təfərrüatları paylaşacaq", - bəyanatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu