NASA Beynəlxalq Kosmik Stansiyaya təxminən 4 ton yük göndərdi


NASA SpaceX-in Falcon 9 raketi ilə Beynəlxalq Kosmik Stansiyaya təxminən 4 ton yük daşıyan Northrop Grumman-ın NG-20 Cygnus robotik təchizat kosmik gəmisini kosmosa göndərib.



ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından SpaceX-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılan Northrop Grumman şirkətinin NG-20 Cygnus robot təchizat gəmisi, tərkibində elmi tədqiqat üçün alətlər və avadanlıqlar, ekipaj üçün materiallar və ləvazimatlar daşıyan kosmik gəmi göndərilib.

Buraxılış Northrop Grumman-ın Beynəlxalq Kosmik Stansiyaya 20-ci kommersiya tədarük xidmətləri missiyası kimi qeydə alınıb.

Falcon 9 raketi NG-20 Cygnus robotik təchizat kosmik gəmisindən ayrıldıqdan sonra yerə qayıdıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu