İtaliyada ard-arda baş verən zəlzələlər narahatlıq yaradıb


İtaliyanın Neapol şəhəri yaxınlığındakı vulkanik bölgə olan Campi Flegreidə ötən gecə qeydə alınan ardıcıl zəlzələlər narahatlıq yaradıb.


İtaliya mətbuatında yer alan xəbərdə dünən axşam saat 19.51-23.00 arasında Campi Flegreidə yaşanan təxminən 160 irili-xırdalı zəlzələnin bölgə xalqının narahatlığına səbəb olduğu bildirilib.

Ardıcıl baş verən zəlzələlərin ən böyüyünün 4,4 bal gücündə olduğu və bunun son 40 ildə qeydə alınan ən şiddətli zəlzələ olduğu qeyd edilib.

Zəlzələlərdə can və ya mal itkisi olmasa da, bəzi binalarda çatların əmələ gəldiyi, bəzi binaların isə fasadlarından parçaların düşdüyü bildirilib.

Bu gün zəlzələlərin episentri olan Pozzuolidə ibtidai və orta məktəblərdə tədrisin müvəqqəti dayandırıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu