Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 78-ə yüksəlib


Yaponiyanın qərbindəki İşikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 78-ə yüksəlib.



Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1, 2 və 3-də Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə zəlzələlər baş verib.

Bu gün yarımada regionunda yerli vaxtla saat 00.36-da 4.8 və 04.38-də 4.9 bal gücündə daha iki zəlzələ qeydə alınıb. Zəlzələlərin davam etdiyi bildirilib.

İşikava əyalət qubernatorluğu bölgədə baş verən zəlzələlərdə 78 nəfərin həyatını itirdiyini, 300-dən çox yaralının isə bölgə daxilində müalicə olunduğunu açıqlayıb.

Ştat üzrə 165 məktəb və obyektdə qismən ziyan aşkar edilərkən, 30 mindən çox insanın məktəb və idman zalları kimi evakuasiya məntəqələrində qaldığı açıqlanıb.

Noto yarımadasında davam edən yağışın sürüşmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Bildirilib ki, rayon üzrə 50-dən çox insanın taleyi barədə məlumat yoxdur.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu