Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 241-ə yüksəlib


Yaponiyanın qərbindəki İşikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 241-ə yüksəlib.



İşikava prefekturasının qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 241-ə yüksəldiyi bildirilib.

Açıqlamada 13 mindən çox insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 11 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb.

Bildirilib ki, əyalət üzrə 31 mindən çox evdə su, 1500-dən çox evdə elektrik enerjisi kəsilib, burada qismən zədələnmiş və tamamilə dağılmış binaların sayı 65 minə çatıb.

Mərkəzi hökumət, yenidənqurma layihələri çərçivəsində yaşı müəyyən həddi aşan ev təsərrüfatları üçün hər evə 6 milyon yen (41 min dollar) yardım edəcəyini açıqlayıb.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu