Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 110-a çatıb
Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 110-a yüksəlib.
NHK telekanalının məlumatına görə, əyalət rəsmiləri bölgədə baş verən zəlzələlərdə 110 nəfərin həyatını itirdiyini, 200-dən çox adamın isə itkin düşdüyünü açıqlayıb.
Bildirilib ki, Anamizu şəhərində baş verən sürüşmə nəticəsində azı 10 nəfər şəhərdə, 170-dən çox insan isə ştatın müxtəlif yerlərində sıxışıb qalıb.
Bildirilib ki, hazırda ştatda evakuasiya mərkəzlərində 31 min insan yerləşdirilib.
Yaponiya Meteorologiya İdarəsi yanvarın 1, 2, 3 və 4-də Noto yarımadasında və İşikava sahillərində 4-7 bal gücündə zəlzələlərin baş verdiyini bildirib.