TBMM zəlzələnin nəticələrinin araşdırılması ilə bağlı komissiya yaradıb


Türkiyə Böyük Millət Məclisində (TBMM) Kahramanmaraş şəhərində ötən ay bir-birinin ardınca baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin nəticələrinin araşdırılması üçün Zəlzələnin nəticələrini Araşdırma Komissiyasının yaradılması qərara alınıb.


Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Parlamentdə Kahramanmaraşda baş vermiş zəlzələlərin nəticələrinin hərtərəfli araşdırılması, zəlzələyə davamlı bina fondunun yaradılması və tədbirlər görmək məqsədilə Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilən təkliflər müzakirə olunub. Müzakirələr zamanı millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, fevralın 6-da ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət 45 089 nəfərin ölümünə səbəb olub. Güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs təxliyə edilib.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Zəlzələ Suriyada da böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu