İtaliyanın müdafiə naziri Krosetto xəstəxanaya yerləşdirilib


İtaliyanın müdafiə naziri Guido Krosetto Ali Müdafiə Şurasının iclası zamanı özünü pis hiss etdiyi üçün təcili yardım maşını ilə xəstəxanaya aparılıb.


İtaliya mətbuatında yer alan xəbərlərdə ölkə prezidenti Sercio Mattarellanın sədrliyi ilə ölkəyə qarşı daxili və xarici təhlükəsizlik təhdidlərinin və beynəlxalq hadisələrin qiymətləndirildiyi Ali Müdafiə Şurasının iclasında müdafiə naziri Guido Krosettonun xəstələndiyi bildirilib.

Krosettonun özünü yaxşı hiss etmədiyi üçün görüşü yarımçıq dayandırdığı və təcili yardımla xəstəxanaya aparıldığı qeyd edilib.

Xəbər mətbuatda əksini tapdıqdan sonra siyasətçilər sosial media hesablarında Krosettonun tezliklə sağalmasını arzulayan yazılar paylaşıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu