"Çelsi"də Poçettino dövrü başa çatdı


Premyer Liqa komandalarından olan "Çelsi" argentinalı baş məşqçi Maurisio Poçettino ilə yollarını ayırdıqlarını açıqlayıb.



İngiltərə Premyer Liqasında mövsümü 6-cı pillədə başa vuraraq çox məyus olan "Çelsi"də günah menecerin üzərinə düşüb.

“Mavilər”in verdiyi rəsmi açıqlamada argentinalı çalışdırıcı ilə yolların qarşılıqlı anlaşma əsasında ayrıldığı bildirilib.

Poçettino rəhbərliyi altında bir mövsümdə "Çelsi" 51 matçda 27 qələbə, 10 heç-heçə və 14 məğlubiyyətlə orta hesabla 1,78 xal toplayıb.

“Mavilər” Premyer Liqanı 6-cı pillədə başa vurub, Liqa Kubokunun finalında “Liverpul”a uduzub, İngiltərə kubokunun yarımfinalında isə “Mançester Siti” ilə mübarizədə məğlub olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu