Nigeriyada məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib


Nigeriyanın Kano əyalətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.



Kano Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Abdullahi Haruna açıqlamasında keçən həftə əyalətin Gezava bölgəsindəki Laraba Abasava kəndində səhər namazı zamanı məscidə atılan molotof kokteyli səbəbindən partlayış baş verdiyini xatırladıb.

Haruna partlayışda yaralananlardan 6-nın həyatını itirdiyini, ümumilikdə ölənlərin sayının isə 17-yə yüksəldiyini bildirib.

Xatırladaq ki, mayın 15-də Kano əyalətinin Laraba Abasava kəndində məscidə molotof kokteyli ilə hücum nəticəsində 11 nəfər həlak olub.

Partlayışla bağlı aparılan araşdırmalar zamanı bir nəfər saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu