Nigeriyada məsciddə partlayış nəticəsində 11 nəfər həyatını itirib


Nigeriyanın Kano əyalətində məsciddə baş verən partlayış nəticəsində 11 nəfər həyatını itirib.



Kano Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Abdullahi Haruna verdiyi açıqlamada ilkin məlumatlara görə, dünən əyalətin Gezava bölgəsindəki Laraba Abasava kəndində səhər namazı zamanı neft barabanından qaynaqlanan partlayışın baş verdiyini bildirib.

Haruna qeyd edib ki, partlayış nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb.

Müalicəsi davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirən Haruna, ölənlərin sayının artacağından narahat olduqlarını bildirib.

Haruna partlayışla bağlı bir nəfərin nəzarətə alındığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu