İsrailin Cenin bölgəsinə etdiyi hücumlarda 4-ü uşaq olmaqla 11 fələstinli həyatını itirib


İsrail ordusunun İordan çayının qərb sahilindəki Cenin şəhərinə dünəndən bəri həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 11-ə yüksəlib.



Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, çərşənbə axşamından bəri İsrailin Cenin şəhərinə və buradakı qaçqın düşərgəsinə təşkil etdiyi hücumlarda 4-ü uşaq olmaqla 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Açıqlamada Vesim Ahid Ceradat (15) adlı uşağın İsrailin Cenin şəhərindəki hücumlarında həyatını itirdiyi qeyd edilib.

Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti öz X səhifəsində məlumat yayıb.

İsrail ordusu çərşənbə axşamından etibarən Fələstinlilərin evlərini mühasirəyə alıb və İordan çayının qərb sahilindəki Cenin şəhərinin müxtəlif məhəllələrində və oradakı qaçqın düşərgəsində reydlər keçirib.

Əlavə qüvvələr göndərərək şəhərdəki hərbi varlığını gücləndirən İsrail ordusu onu müşayiət edən hərbi buldozerlərlə infrastrukturu məhv edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu