Nikolo Zaniolo əməliyyat olunacaq


"Qalatasaray"a qayıtmağa hazırlaşan italiyalı hücumçu Nikolo Zaniolo bu gün əməliyyat olunacaq və 2024-cü il futbol üzrə Avropa çempionatını (AVRO 2024) buraxacaq.



"Qalatasaray"dan "Aston Villa"ya icarəyə verilən Nikolo Zaniolo üçün mövsüm heç də yaxşı başa çatmayıb.

Premyer Liqanın 37-ci həftəsində "Liverpul"la matçda zədələnən italiyalı hücumçu 2024-cü il Avropa Futbol Çempionatını (AVRO-2024) buraxacaq.

Di Marzionun xəbərinə görə, Nikolo Zaniolo bu gün səhər tezdən (22 may) əməliyyat olunacaq və xəstəxanada bir gecədən sonra evə buraxılacaq və reabilitasiya prosesinə başlayacaq. Zaniolonun zədəsinin çox ciddi olmadığı və mövsümöncəsi toplanışda iştirak edə biləcəyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu