Rusiyadan Fransaya təhdid: Reaksiya təkcə siyasi xarakter daşımayacaq


Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Fransa Ukraynaya hərbi qüvvələr göndərərsə, Rusiyanın reaksiyası təkcə siyasi xarakter daşımayacaq.


RİA xəbər agentliyinin verdiyi məlumata görə, nazirliyin Avropa departamentinin rəhbəri Artyom Studnikov Rusiyanın belə bir vəziyyətdə hansı tədbirləri görəcəyini dəqiqləşdirməsə də, Moskvanın Parisə xəbərdarlıq etdiyini bildirib.

Studnikov əlavə edib ki, Fransa qüvvələrinin Ukraynaya göndərilməsi nüvə silahına malik iki ölkə arasında münaqişə riskini artıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu