Fransa Rusiya gəmisini saxladı


Sanksiya siyahısında olan Rusiya şirkətinə məxsus quru yük gəmisinin saxlanıldığı açıqlanıb.


Rusiyanın Fransadakı səfirliyinin diplomatları Fransa hakimiyyət orqanlarından məlumat almağa çalışırlar.

Sankt-Peterburqa gedən yük gəmisi son ticarət sanksiyalarından sonra La-Manş boğazında dayandırılıb.

"Fransa dəniz polisi rəsmiləri Ukraynaya hücuma görə Avropa İttifaqının sanksiyaları altında Rusiya şirkətinə məxsus gəmini saxlayıb", - hökumət rəsmisi “Reuters” agentliyinə bildirib.

Rusiyanın “RİA Novosti” xəbər agentliyinin məlumatına görə, Rusiyanın Fransadakı səfirliyi hakimiyyət orqanlarından saxlanılma ilə bağlı izahat istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu