Rusiya səfiri Fransa XİN-ə çağırıldı


Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.


Bu barədə məlumatı xarici media yayıb.

Rusiyanın Parisdəki səfirliyi xəbəri hələlik təsdiq etməyib.

Qeyd edək ki, martın 4-də Fransa XİN bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq niyyətində olduğunu bildirib. Telekanalın məlumatına görə, burada söhbət Rusiya səfirliyinin 35 əməkdaşından gedir. Rusiya XİN isə öz növbəsində bəyan edib ki, Fransa tərəfininin bu addımına cavab verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu