Fransa Ukraynaya "arxadan zərbə" vurur - ŞƏRH


Rusiyanın Ukraynaya hücuma başlamasının 1 ili tamam olmaq üzrədir. Bu müddət ərzində Rusiyanın ilk vaxtlar iddia etdiyi kimi, qısa müddətdə işğalı sona yetirməsi mümkün olmasa da, Ukraynanın bir çox ərazilərinin işğalı baş tutub. Müharibə isə hələ var gücü ilə davam edir.


AFN.az xəbər verir ki, Avropa İttifaqının rəhbəri Şarl Mişel bu gün verdiyi açıqlamada yaxın həftələrin Ukrayna savaşında həlledici olacağını bildirib. Aİ rəhbəri nəyə eyham vurur? Siyasi şərhçi Elxan Şahinoğlu Şarl Mişelin haqlı olduğu qənaətindədir. O bildirib ki, Rusiya genişmiqyaslı hücuma hazırlaşır: "Əgər Qərb ölkələri vəd etdikləri hərbi texnikanı Ukraynaya çatdırmaqda gecikərlərsə, işğalçılar irəliləyə bilərlər. Əksinə, hərbi texnika və sursat Kiyevə yaxın günlərdə çatdırılarsa, Ukrayna ordusunun müqavimət gücü artacaq. Ancaq Fransa və Almaniyanın timsalında hərbi texnikanın Ukraynaya yaxın günlərdə çatdırılacağı şübhə doğurur. Fransa daha çox Afrikadakı keçmiş müstəmləkəsi olan Burkino-Faso haqqında düşünür ki, bu ölkədəki hərbi varlığını davam etdirsin. Çünki Afrika ölkələrindən sovurmağa mənbələr çoxdur, Ukraynaya isə yardım əli uzadılmalıdır. Fransa isə “alan” ələ öyrəşib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu