Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib.


Paylaşımda deyilir:

"Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu