Panamada keçirilən prezident seçkilərində Xose Raul Mulino qalib gəlib


Mərkəzi Amerika ölkəsi Panamada keçirilən prezident seçkilərində keçmiş ictimai təhlükəsizlik naziri Xose Raul Mulino qalib gəlib.



Qutuların 90 faizinin açılmasından sonra əldə edilən nəticələrə görə, Panama Xilas Alyansının namizədi Mulino 34,42 faiz səslə prezident seçilib.

Digər Yol Hərəkatının (MOCA) namizədi Rikardo Lombana 25,01 faiz, keçmiş prezident Martin Torrixos isə 16 faiz səs toplayıb.

Ali Seçki Məhkəməsinin sədri Alfredo Junca Mulinonun seçkilərdə qalib gəldiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu