Putin yekun nəticələrə görə yenidən prezident seçildi


Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova yekun nəticələrə görə Vladimir Putinin 87,28 faiz səs toplayaraq prezident seçkilərində qalib gəldiyini açıqlayıb.



Pamfilova keçirdiyi mətbuat konfransında prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.

Uzaqdan elektron səsvermə ilə seçkilərdə iştirak nisbətinin yüzdə 77,49 olduğunu və 87 milyon 576 min 75 nəfərin səs verdiyini bildirən Pamfilova, müasir Rusiya tarixində belə bir göstəricinin olmadığını deyib.

Hazırkı prezident Putinin 87,28 faiz səslə seçkiləri qazandığını açıqlayan Pamfilova, Putinə 76 milyon 277 min 708 nəfərin səs verdiyini bildirib.

Yenidən prezident seçilən Putin daha 6 il vəzifəsini icra edəcək.

May ayında hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra and içəcək Putin 5-ci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu