Türkiyədə İŞİD-lə əlaqəsi olan 40-dan çox şübhəli saxlanılıb


Türkiyədə "İslam Dövləti" terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb. Bu barədə qardaş ölkən in daxili işlər naziri Əli Erlikaya məlumat verib.


“Ölkənin 12 vilayətində İŞİD terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində 41 nəfər saxlanılıb”, – deyə nazir özünün X səhifəsində yazıb. O qeyd edib ki, həbs edilənlərin əksəriyyəti İstanbulda olub. Əməliyyatların keçirildiyi yerlərdən odlu silah-sursat götürülüb.

Aprelin 29-da Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri İstanbulda terror aktı hazırlamaqda şübhəli bilinən səkkiz nəfərin saxlanıldığını açıqlayıb. Onlardan biri yüksək güclü əldəqayırma partlayıcı qurğunun istehsal edildiyi yerdə nəzarətə götürülüb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində respublikada 3 mindən çox insan "İslam Dövləti" ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu