Kosmosdan Yerə lazer mesajı ötürüldü


NASA-nın "Psyche" kosmik gəmisindəki dərin kosmik rabitə texnologiyası rekordlar qıraraq və lazerlərdən istifadə edərək, mesaj ötürmək qabiliyyəti ilə diqqətəlayiq uğur qazanıb. Bu təsirli nailiyyət gələcək kosmik gəmilərin daha sürətli və daha mürəkkəb məlumat ötürülməsinə imkan verən optik rabitədən istifadə etməsinə yol açır.



Hazırda Mars və Yupiter arasındakı əsas asteroid qurşağına səyahət edən "Psyche" kosmik gəmisi NASA-nın Kaliforniyadakı Jet Propulsion Laboratoriyasının alimləri tərəfindən hazırlanmış Deep Space Optical Communications texnologiyası ilə təchiz edilib.

Kosmik gəminin əsas rabitə sistemi radiotezliyə əsaslansa da, optik rabitə nümayişi dərin kosmik rabitədə özünün potensialını nümayiş etdirib.

Aprelin 8-də optik rabitə nümayişi mühəndislik məlumatlarının surətini 140 milyon mil (226 milyon kilometr) məsafədən uğurla ötürüb ki, bu da Yerlə Günəş arasındakı məsafənin bir yarım dəfə uzağına bərabərdir.

NASA-nın fikrincə bu uğur Marsa gələcək missiyalara yol aça bilər.

Əvvəllər NASA Yerdən kənara çıxan missiyalarla əlaqə saxlamaq üçün yalnız radio dalğalarından istifadə edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu