Sidneydə ildırım düşməsi nəticəsində 4 nəfər xəsarət alıb


Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində botanika bağına ildırım düşməsi nəticəsində 4 nəfər xəsarət alıb.



ABC News xəbər verir ki, ildırım Sidneydəki botanika bağında ağaca dəyib.

Hadisə yerinə gələn tibb qrupları ağacın altında qalan 2-si qadın olmaqla 4 nəfərə tibbi yardım göstərib.

Xəstəxanaya yerləşdirilən 4 nəfərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Meteorologiya Bürosu (BOM) ölkədə güclü yağış, külək və dolunun təsirli olacağı barədə xəbərdarlıq etmişdi.

Bu səbəbdən Sidneyin şimalında və Hunter bölgəsində təxminən 19 500 evdə elektrik kəsilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu