Pakistanda güclü yağış və ildırım vurması nəticəsində ölənlərin sayı 39-a yüksəlib


Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayının artdığı bildirilib.


"Dawn" portalının məlumatına görə, Təbii Fəlakət Agentliyinin rəsmiləri Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən güclü yağış və ildırım çaxmaları nəticəsində ən azı 39 nəfərin həyatını itirdiyini açıqlayıb. Həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu bildirilir.

Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını deyib.

Yağışların yaratdığı daşqınlarda çoxlu evlər zərər görüb, infrastruktura da ciddi ziyan dəyib.

Pakistanda 2022-ci ildə ölkənin üçdə birini sular altında saxlayan daşqınlar nəticəsində 2 minə yaxın insan həyatını itirib və təxminən 30 milyard dollar ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu