Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İranda məcburi eniş edib


İranın Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb və məcburi eniş edib.


Mehr Xəbər Agentliyinin məlumatına görə, bu barədə Rezevi Xorasan Hava Limanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Caferi məlumat verib.

İran rəsmisi sərnişinlərin səhhətinin yaxşı olduğunu bildirsə də, təyyarənin hansı aviaşirkətə məxsus olduğu və növü barədə məlumat verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu