Sərnişin təyyarəsində silkələnmə baş verib, təxminən 50 nəfər yaralanıb


Avstraliyadan Yeni Zelandiyaya uçan təyyarədə yaranan texniki nasazlıq nəticəsində zəlzələ zamanı təxminən 50 nəfər yaralanıb.


"New Zealand Herald"ın məlumatına görə, Sidneydən Oklendə uçan Çilidə yerləşən Latam Hava Yollarına məxsus təyyarə texniki nasazlıq səbəbindən havada olarkən güclü silkələnmə yaşayıb.

Təyyarədə baş verən silkələnmə nəticəsində 50-yə yaxın adam xəsarət alıb.

Oklend hava limanına enən təyyarədə yaralananlara tibbi yardım göstərilib, 13 nəfər xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən biri texniki nasazlıq səbəbindən yaşanan şoku ani yıxılma ilə müqayisə edib.

Latam Hava Yolları tərəfindən edilən şərhdə, "Təyyarə planlaşdırıldığı kimi Oklend Hava Limanına eniş etdi. Hadisədən bəzi sərnişinlər və kabin heyəti mənfi təsirləndi" - deyə bildirilib.

Texniki nasazlıqla bağlı təfərrüatlara yer verilməyən şərhdə, hadisədən təəssüfləndikləri bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu