Türk Hava Yollarına məxsus təyyarədə sərnişin intihar edib


Türk Hava Yollarının (THY) İstanbul-Mərakeş reysi ilə uçan sərnişin tualetə girərək intihar edib. İntihar səbəbindən təyyarə Əlcəzairdə məcburi eniş etməli olub.


Hadisə ilə bağlı araşdırmalara başlanıldığı öyrənilib.

Türk Hava Yollarının Mətbuat Xidmətindən verilən məlumata görə, təyyarədə adı açıqlanmayan sərnişin havaya qalxdıqdan az sonra tualetə gedib. Kabin işçiləri uzun müddət tualetdən çıxmayan sərnişinə görə vəziyyətdən şübhələniblər. Tualetin qapısı açılanda sərnişinin intihar etdiyi aydın olub.

Tualetdən çıxarılan sərnişinə əvvəlcə kabin heyəti, daha sonra isə təyyarədə gedən həkim tərəfindən tibbi yardım göstərilib. Təyyarə Əlcəzairdə məcburi eniş edib. Təyyarəyə daxil olan tibb işçiləri sərnişinin öldüyünü müəyyən ediblər.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu