Gürcüstanda etirazçıların həbsi davam edir


Gürcüstan polisi Tiflisdə keçirilən etiraz aksiyasına görə daha bir neçə nəfəri saxlayıb.


Jurnalistlərin məlumatına görə, müxalif bloger Uçi Abaşidzenin qanunsuz silah saxladığına görə həbsindən sonra onun tərəfdarları Vake rayonunda Çavçavadze prospektini bağlamağa cəhd ediblər. Etirazçılar daha sonra parlamentə gediblər.

"Bir neçə nəfər polisə tabe olmadıqları üçün saxlanılıb", - deyə "Sputnik Gürcüstan" bildirib.

Bundan əvvəl hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası Tiflisdə xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqlərdə zorakılığa təhrik edən şəxslərin daxil olacağı məlumat bazası yaratmaq qərarına gəlib. Məlumat bazası xüsusi internet saytında yerləşdiriləcək və bu, ictimaiyyət üçün əlçatan və şəffaf olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu