Meta, süni intellektlə təsir kampaniyaları aparan saxta hesabları bağladı


Facebook, Instagram, Threads və WhatsApp-a sahib olan Meta, müxtəlif ölkələrdən dezinformasiya yaratmaq üçün süni intellekt vasitələrindən istifadə edən gizli təsir kampaniyaları ilə əlaqəli yüzlərlə Facebook hesabını silib.


Meta tərəfindən dərc edilən 2024-cü ilin birinci rübü üçün təhdid hesabatında Banqladeş, Çin, Xorvatiya, İran və Rusiya kimi ölkələrdə pozulan gizli təsir kampaniyaları haqqında məlumatlar paylaşılıb.

Hesabatda qeyd edilir ki, İsrail mərkəzli "koordinasiya edilmiş qeyri-əsaslı davranış" şəbəkəsi süni intellekt tərəfindən yaradıla bilən şərhləri media qurumları və ictimai xadimlərin səhifələrində dərc edir və bu şərhlər tez-tez real istifadəçilərdən tənqidi cavablar alır. Nəticədə onlar "təbliğat" kimi xarakterizə edilir.

Hesabatda 510 Facebook hesabının, İsraildən 11 səhifə və bir qrup, İnstaqramda isə 32 hesabın bu davranışları ilə şirkət siyasətini pozduğu üçün silindiyi və bu şəbəkənin xüsusilə ABŞ və Kanadadakı auditoriyanı hədəf aldığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu