Sloveniya da Fələstini müstəqil dövlət kimi tanımağa hazırlaşır

Sloveniya hökuməti Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin X-dəki rəsmi səhifəsində məlumat verib.
“Bu gün Sloveniya hökuməti Fələstinin müstəqilliyini və suverenliyini tanımaq qərarına gəlib və bunu Milli Assambleyaya təqdim edib”, - bəyanatda deyilir.