Yamayka Fələstini dövlət kimi tanıdı


Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb.



Yamaykanın Xarici İşlər və Xarici Ticarət Naziri Kamina Conson Smit bəyan edib ki, Yamayka uzun müddətdir İsrail və Fələstin arasında davam edən münaqişənin həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafiə etməyə davam edir.

Smit qeyd edib ki, dünən keçirilən Nazirlər Şurasının iclasından sonra Fələstini dövlət olaraq rəsmən tanımaq qərarına gəliblər.

Gərginliyin azaldılması və bölgədə daimi sülhün əldə edilməsi üçün bütün səyləri dəstəkləməyə davam etdiklərini bildirən Smit tərəfləri problemi diplomatik yollarla həll etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu