BMT İsrail və Fələstini münaqişəni dərhal dayandırmağa çağırıb

BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qriffits İsrail və Fələstin arasında baş verən münaqişə ilə bağlı danışarkən zorakılığın heç vaxt həll yolu olmadığını bildirib.
O, tərəfləri münaqişəni dərhal dayandırmağa və mülki insanları müdafiə etməyə çağırıb.
Qriffits bölgədə sürətlə artan gərginlikdən ciddi narahat olduğunu bildirib və hər iki tərəfdən mülki itkilərin artdığına diqqət çəkib.