BMT Qəzza zolağında humanitar vəziyyəti qəbuledilməz elan edib


BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Qəzza zolağında qida, su, yanacaq və elektrik enerjisinin tükəndiyini bildirib.


AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Qəzzada onsuz da kritik olan humanitar vəziyyət sürətlə dözülməz hala gəlir" - deyən Qriffits əlavə edib ki, anklavda elektrik, su, yanacaq yoxdur və ərzaq ehtiyatları tükənir.

Baş katibin müavini həmçinin məhbusların azadlığa buraxılması, Qəzza zolağının blokadasından azad edilməsi və humanitar yardımların keçirilməsi, anklavda mülki əhalinin və mülki infrastrukturun qorunmasına çağırıb. "Son həftə insanlıq üçün bir sınaq oldu və bəşəriyyət uğursuzluğa düçar oldu" -
deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu