BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi: "Qəzzada humanitar atəşkəs əldə edilməlidir"


Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi Qəzzada vəziyyətin çox təhlükəli olduğunu bildirib və humanitar atəşkəsə çağırıb.



Həmədə əl-Beyarinin verdiyi açıqlamada, indiki mərhələdə edilməsi lazım olan ilk işin humanitar atəşkəsin edilməsi olduğunu deyib:

"Qəzza zolağında vəziyyətin həqiqətən təhlükəli olduğu aydındır, çətin şərtlər hər zamankından daha ağır ola bilər".

Beyari, bu şərtlərdə humanitar yardımların verilməsinin də təhlükələrlə əhatə olunduğuna diqqət çəkib.

Beyari şəhərdəki humanitar vəziyyətlə bağlı bunları da vurğulayıb:

"Yeganə elektrik stansiyası yanacaq olmadığı üçün fəaliyyətini dayandırmalı oldu. Bu, Qəzzalıların səhiyyə və su xidmətlərini almasına mənfi təsir göstərəcək. Resurs çatışmazlığı var, xarici dünya ilə Qəzza arasındakı keçid qapıları tamamilə bağlıdır və şəhərdə təchizat zənciri qırılıb”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) hazırladığı mərkəzlərə sığınanların sayının 280 mini keçdiyinə diqqət çəkən Beyari, UNRWA-ya bağlı bəzi mərkəzlərin qaçqınları yerləşdirməyə uyğun olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu