Misir Qəzzanın şimalına hava yardımının atıldığını açıqlayıb


Misir Qəzza zolağının şimalına hava yardımı atıldığını açıqlayıb.



Misir Ordusunun sözçüsü Qərib Əbdülhafez böyük qida böhranının yaşandığı Qəzza zolağına humanitar yardımın hava yolu ilə çatdırılması ilə bağlı açıqlama verib.

Qəzza zolağının şimalına hər gün humanitar yardımların atılması üçün beynəlxalq koalisiyanın qurulduğuna diqqət çəkən Əbdülhafiz, Misir və koalisiyaya daxil olan bəzi digər ölkələrə aid hərbi təyyarələrin də bu gün Qəzzaya yardımı atdığını bildirib.

Əbdülhafez qeyd edib ki, Qəzza zolağında Fələstin xalqının əziyyətini yüngülləşdirmək üçün Misirdən də Rafah Sərhəd Qapısı vasitəsilə yardım çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu