Misir və BƏƏ 5-ci dəfə Qəzzaya hava yardımı çatdırıb


Misir və Birləşmiş Ərəb Əmirlikləri Qəzza zolağına 5-ci dəfə hava yardımı çatdırdığı açıqlanıb.



BƏƏ xəbər agentliyi (WAM) 10 gün əvvəl BƏƏ və Misir Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı ilə Qəzzaya hava yardımı göndərilməyə başladığını bildirərək, bu əməliyyat çərçivəsində son yardımın edildiyini qeyd edib.

Xəbərdə Qəzzəyə beşinci dəfə hava yolu ilə yardımın çatdırıldığı, yardımın fələstinlilərin müharibə səbəbilə çəkdikləri əziyyətləri yüngülləşdirmək və çətinliklərin öhdəsindən gəlmələrinə kömək etmək məqsədi daşıdığı bildirilib.

Misir və BƏƏ-nin birgə əməliyyatı ilə Qəzzada fələstinlilərə 62 ton ərzaq və tibbi yardımın çatdırıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu