Misirin Qızıl Aypara Cəmiyyəti Qəzza sakinləri üçün humanitar yardımın tükəndiyini bildirib


Müxtəlif ölkələr və təşkilatlar tərəfindən Qəzza zolağının sakinlərinə çatdırılmaq üçün Misirə göndərilən humanitar yardımlar demək olar ki, tamamilə tükənib.


Bu barədə Misir Qızıl Aypara Cəmiyyətinin baş direktoru Rami əl-Nazer məlumat verib.

"Misir vasitəsilə Qəzzaya göndərilən humanitar yardımın tədarükü demək olar ki, tükənib" - deyə o, X sosial şəbəkəsində yazıb. Bununla əlaqədar əl-Nazer bütün dövlətlərə müraciət edərək, Fələstin anklavının əhalisi üçün hava yolu ilə Misirə yüklərin çatdırılmasını davam etdirməyə çağırıb: “Humanitar yardıma ehtiyac çox böyükdür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu