Braziliya Ukrayna və Fələstini münaqişələri sülh yolu ilə həll etməyə çağırıb


Braziliyanın xarici işlər naziri Mauro Vieira Ukrayna və Fələstində davam edən münaqişələrin sülh yolu ilə həllinə çağırış edib.



Bu barədə Vieira Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısına çıxışı zamanı danışıb.

Vieira, ölkəsinin davam edən qarşıdurmalardan son dərəcə narahat olduğunu ifadə edərək, "Sülh və əməkdaşlıq üçün şərait yaratmadan yoxsulluq, bərabərsizlik və ətraf mühitin qorunması kimi çətinliklərlə necə mübarizə apara bilərik?" ifadələrini işlədib.

Braziliya olaraq beynəlxalq gərginliyin azaldılması üçün üzərinə düşəni etməyə hazır olduqlarını ifadə edən Vieira, G20-nin bu mövzuda vacib rolu olduğunu bildirib.

Vieira qeyd edib ki, çoxtərəfli təşkilatlar cari çağırışlarla üzləşməyə kifayət qədər hazır deyil və Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Rusiyadakı münaqişələrin həllində səmərəsizdir.

G20-nin əhəmiyyətini vurğulayan Vieira, "Davam edən problemləri nəzərə alaraq, G20 ölkələri bir-birinə zidd fikirlərə malik olsalar belə, bir masa ətrafında oturub danışa bilərlər. Bu səbəbdən G20 dünyanın ən mühüm forumlarından biridir" qiymətləndirməsini edib.

Nazir Vieira qlobal hərbi xərclərin rekord səviyyəyə çatdığını, lakin yoxsul ölkələrə verilən yardımların və iqlim dəyişikliyinə ayrılan məbləğlərin kifayət qədər aşağı olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu