“Qayıdış” Qərbi Azərbaycan İzmir Forumu keçirildi – FOTOLAR


“Üçüncü Sektor” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə qardaş Türkiyənin İzmir şəhərində “Qayıdış” Qərbi Azərbaycan İzmir Forumu adlı layihəni həyata keçirib.



Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İzmir Baş İdarəsində “Üçüncü Sekor” İctimai Birliyi, Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyası və Türk İnternet Media Birliyinin birlikdə təşkil etdikləri İzmir Forumu tanınmış telejurnalist Esra Kavrukkocanın aparıcılığı ilə Azərbaycan və Türkiyənin dövlət himnləri oxunması və ölkələrin ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsinin anılması ilə başlayıb.

Forum Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İzmir Baş İdarəsinnin müdiri Çingiz Qutlu Yüksəl, layihə rəhbəri, Qarabağ qazisi Nahid Canbaxışlı, Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müavini Pərviz Məmmədzadə, TİMBİR başqan vəkili, sabiq deputat Rüfət Səid, Azərbaycan Mətbuat Şurası və Türk İnternet Media Birliyinin İdarə heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Əşrəf Tuna Azərbaycanın əldə etdiyi qələbədən sonra yaranmış yeni reallıqlar müstəvisində Qərbi Azərbaycana dönüş məsələsinin də İlham Əliyevin siyasi liderliyi ilə həll ediləcəyinə və Qərbi Azərbaycana qayıdışın təmin edilməsi istiqamətində mərkəzləşdirilmiş siyasət yürüdüldüyünü vurğualyıblar.

Tanınmış jurnalist Bərna Qayanın moderatorluğu keçirilən paneldə professor Toğrul İsmayıl, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, TADEF sədrinin müavini Səttar Qaya və jurnalist Nigar Ögeday Qərbi Azərbaycana qayıdışla bağlı fikir mübadiləsi aparıblar.

Forumda qayıdışın hüquqi səbəbləri və mediadakı təbliği müzakirə olunub.

Sonda iştirakçılara təşəkkür plaketi təqdim edilib.


































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu