Hindistanda daşqınlar nəticəsində 3 nəfər ölüb
Hindistanın Manipur əyalətində daşqın nəticəsində 3 nəfər həyatını itirib, minlərlə insan zərər çəkib.
“India Today”ın məlumatına görə, güclü və aramsız yağışlar Manipurda daşqınlara səbəb olub.
Dövlət rəsmiləri 1 nəfərin su basması, 2 nəfərin isə daşqın nəticəsində baş verən sürüşmə nəticəsində öldüyünü bildirib.
İmfal Vadisində yüzlərlə evi su basıb, minlərlə insan təbii fəlakətdən zərər çəkib, bölgədəki insanlar təhlükəsiz yerlərə təxliyyəyə başlayıblar.
Rəsmilər, axtarış-xilasetmə işlərinə rəhbərlik etmək üçün Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrindən (NDRF) bir qrup hərbi təyyarə ilə bölgəyə gəldiyini bildiriblər.
Manipur Baş naziri Nongthombam Biren Singh, bölgəyə səfərindən sonra X sosial media hesabından verdiyi açıqlamada, bir çox canlının seldən təsirləndiyini deyib.
Sinq, səlahiyyətli qruplardan könüllülərə qədər hər kəsin hadisədən zərər çəkənlərə kömək etmək üçün yorulmadan çalışdığını qeyd edib.