Fransada 2000 illik at qalıqlarının olduğu qəbirlər tapılıb


Fransanın mərkəzində, Villedieu-sur-Indre bölgəsində aşkar edilən məzarlarda başları cənuba baxan vəziyyətdə diqqətli şəkildə yerləşdirilmiş at qalıqları tapılıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Milli Arxeoloji Tədqiqatlar İnstitutunun (INRAP) verdiyi açıqlamada bildirilir. Açıqlamada indiyə qədər 9 məzardan 2-nin tamamilə qazıldığı, radio-karbon testlərinə məruz qalan cəmi 28 atın sümüklərinin təxminən 2 min il əvvələ aid olduğu qeyd edilib. Həmçinin arxeoloqların sümükləri və onların necə yerləşdirildiyini araşdırdıqdan sonra atların ölümlərindən qısa müddət sonra eyni vaxtda basdırıldığını müəyyən etdikləri barədə məlumatlar yer alıb.

Atların ölümünün dəqiq səbəbi bəlli olmasa da, arxeoloqlar atların müharibə zamanı ölməsi və ya ritual üçün qurban verilməsi ehtimalını nəzərdən keçirirlər. Elm adamları hesab edirlər ki, qəbirlərin yerləşdiyi yerə görə, atların ölümü eramızdan əvvəl 58-50-ci illərdə baş vermiş Qalliya müharibələri ilə əlaqəli ola bilər.

INRAP-ın verdiyi açıqlamada heyvanların kompleks bir ritualın bir hissəsi olaraq qurban kəsildiyi fərziyyəsi də vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu