Çində dinozavrların ayaq izi fosili tapılıb
Çinli arxeoloqlar 120 milyon il əvvələ aid dinozavr ayaq izi fosilləri aşkar ediblər. Kəşf daha əvvəl fosillərin tapıldığı Dinozavr dağı adlanan ərazidə edilib.
Çinin cənub-qərbində yerləşən Dinozavr dağı qəsəbəsində 400-dən çox dinozavr ayaq izi tapılıb. Fosillərin 120 milyon il əvvələ aid olduğu müəyyən edilib.
Bu barədə rayonda çobanlıq edən kənd sakinləri məlumat verdikdən sonra arxeoloqlar işə başlayıb.
Yeni kəşflərdən sonra bölgədə fosil axtarışları da sürətləndirilib.
Çinli arxeoloqlar bildiriblər ki, bu cür geniş miqyaslı və müxtəliflikdə kəşf ilk dəfədir.
Ayaq izi fosillərinin üç fərqli dinozavr növünə aid olduğu düşünülür. Arxeoloqlar qalıqların erkən Kretsey dövrünə aid olduğunu təxmin edirlər.
1938-ci ildən bəri bölgədə 120 dinozavr fosili tapılıb. Yeni tapılan ayaq izi fosillərinin yeni dinozavr qalıqlarının da tapılmasına səbəb ola biləcəyi ehtimal edilir.